KİV: Trampın təhlükəsizlik üzrə müşaviri işdən çıxarılıb, yerinə Uitkof təyin olunacaq (YENİLƏNİB)

2025/03/45454-1741705341.jpg
Oxunub: 607     19:27     01 May 2025    
Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts vəzifəsindən çıxarılıb.

Ordu.az “FOX News”a istinadən xəbər verir ki, onun vəzifəsini Stiven Uitkof tutacaq.

S. Uitkof ötən ay Moskvaya səfər edərək, iki dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

***

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq yaxın vaxtlarda vəzifələrini tərk edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə “Reuters“ öz mənbələrinə istinadən xəbər yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uolts   ABŞ  


Bizi "telegram"da izləyin