Türkiyə HHQ-yə məxsus 6 nəqliyyat təyyarəsi Pakistandan sonra hara gedib?

2025/04/1746005124.jpg
Oxunub: 640     16:44     30 Aprel 2025    
Pakistan və Hindistan arasında artan gərginlik zamanı müxtəlif ölkələrdən gələn hərbi yük uçuşları bütün dünya tərəfindən diqqətlə izlənilərkən, Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 6 ədəd C-130 və "Airbus A400M" təyyarəsinin "sursat daşıdığı" iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Lakin məlum olub ki, təyyarələr Pakistanda yanacaq doldurub, daha sonra Uzaq Şərqin başqa ölkəsinə gedib. Təyyarələrin bir qismi Malayziyaya gedib.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə Rabitə Komitəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi aşağıdakı məlumatı verib:

"Bəzi mətbuat orqanlarında "Türkiyə Pakistana 6 təyyarə dolu silah göndərdi" iddiası doğru deyil. Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana enib. Daha sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib. Səlahiyyətli şəxs və qurumların açıqlamaları xaricində edilən spekulyativ xəbərlərə etibar edilməməlidir".

"Flightradar24"ün məlumatına görə, təyyarələr Uzaq Şərqə gedib. Bu ölkələrdən biri də Malayziyadır.

Əgər Pakistan uzun uçuşlar zamanı marşrutda olarsa, Türkiyə HHQ orada yanacaq doldurur.

Oxşar vəziyyət Pakistan HHQ-nin nəqliyyat təyyarələrinə də aiddir. Xüsusilə Avropaya uçuşlarda Pakistan HHQ-yə məxsus təyyarələr marşrutlarına uyğun olaraq Türkiyədəki hərbi bazalarla yanaşı mülki hava limanlarına da enərək və yanacaq dolduraraq, uçuşlarını davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   Pakistan  


Bizi "telegram"da izləyin