“Indra” İtaliya HDQ ilə əməkdaşlığında mühüm bir addım atıb

2025/04/1745998979.jpg
Oxunub: 424     10:29     02 May 2025    
“Indra” ilk birbaşa müqaviləsini İtaliya Müdafiə Nazirliyi ilə imzalayaraq, İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) ilə əməkdaşlığında mühüm bir addım atıb.

Ordu.az xəbər verir ki, Madriddəki İtaliya Baş Konsulluğunun Müdafiə Attaşeliyində imzalanan müqavilə İtaliyanın U212A sualtı qayıqlarında quraşdırılmış MRBR800 Radioelektron Mübarizə (REM) sistemləri üçün logistik dəstəyin təmin edilməsini əhatə edir.

“Indra”nın sosial mediada etdiyi paylaşıma görə, müqaviləyə, həmçinin ehtiyat hissələrin tədarükü və MRBR800 sistemlərinin həyat dövrünü dəstəkləyən texniki sənədlərin hazırlanması kimi bir sıra xidmətlər də daxil olacaq.

“Indra” illər ərzində bu sualtı qayıqlar üçün oxşar xidmətlər göstərsə də, bu müqavilə birbaşa xarakteri ilə seçilir, çünki bu sistemlərin saxlanması üçün İtaliya HDQ ilə rəsmi müqavilədir.

“Indra” tərəfindən hazırlanmış MRBR800 sistemi öz platformasının taktiki imkanlarını artırmaq üçün nəzərdə tutulmuş sualtı REM sistemidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Indra   İtaliya   HDQ  


Bizi "telegram"da izləyin