Ordu.az xəbər verir ki, Finlandiya sərhədindən təxminən 160 km aralıda yerləşən Petrozavodsk şəhərində Rusiya ordusu yeni komanda qərargahının yaradılması çərçivəsində ordu bazalarını genişləndirir.
Avropa hökumət mənbələri və kəşfiyyat məlumatlarına görə, yeni hərbi infrastruktur NATO ilə yeni müharibə üçün hazırlıq sahəsi kimi xidmət etmək məqsədi daşıyır və bu əraziyə Ukraynadakı müharibədə iştirak edən rus qoşunları da cəlb olunacaq.
Açıq mənbə məlumatlarına görə, Rusiya Müdafiə Nazirliyi hazırda mövcud qoşunları yenidən təşkil edir və genişləndirir. Bu, Finlandiya sərhədindəki mövcud briqadaların yenidən qurulmasına imkan verəcək.
Əsasən Estoniya, Latviya və Finlandiya sərhədindəki Leninqrad vilayətində cəmləşəcək yeni birləşmələrdəki hərbi qulluqçuların sayının 10 min nəfərə çatdırılacağı da gözlənilir.
Rusiya hərbi qulluqçularının Ukraynadakı müharibəyə göndərilməzdən əvvəl təlim keçmək üçün göndərildiyi Kamenkadakı təlim düşərgəsində də nəzərəçarpacaq dərəcədə genişlənmə müşahidə olunub.
Sevinc Əliyeva
Ordu.az