İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 50-dən çox insan ölüb

2024/08/1724130704.jpg
Oxunub: 8589     05:24     30 Aprel 2025    
Son sutka ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 51 fələstinli həlak olub, 113 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, dağıntılar altında neçə nəfərin qaldığı hələlik məlum deyil. Təcili yardım xidmətləri həmin ərazilərə çata bilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin