Xarkov və Dnepr şəhərləri "Şahed" dronlarının kütləvi hücumuna məruz qalıb

2025/04/1745989906.jpg
Oxunub: 364     01:49     30 Aprel 2025    
Aprelin 29-u axşam saatlarında Xarkov və Dnepr şəhərləri Rusiya Ordusunun “Şahed” tipli kamikadze dronları ilə kütləvi hücumuna məruz qalıb.

Ordu.az "Unian"a istinadən xəbər verir ki, hadisə nəticəsində Xarkovda yaralıların sayı 30 nəfərə çatıb.

Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyası dron hücumlarından sonra şəhərdə bir neçə yanğının baş verdiyini, çoxsaylı fərdi yaşayış evlərinin zərər gördüyünü açıqlayıb.

İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub. Şəhərlərin mülki infrastrukturlarına ciddi ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xarkov   Dnepr   Şahed  


Bizi "telegram"da izləyin