Kelloq: "Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur"

2024/12/1734150638.jpg
Oxunub: 521     22:32     29 Aprel 2025    
Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır.

Ordu.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalında açıqlamasında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli - quruda, havada, dənizdə, o cümlədən infrastrukturda - ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, - o deyib.

Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.

Xatırladaq ki, aprelin 28-də Vladimir Putin qoşunlarının mayın 8-dən 10-dək atəşi dayandıracağını açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nə qədər gözləməyin mənası olmadığını bildirmişdi. O, həmçinin ABŞ-nin təklifinə uyğun olaraq atəşin bir neçə gün deyil, ən azı 30 gün müddətinə dayandırılmalı olduğunu vurğulamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kelloq   Rusiya  


Bizi "telegram"da izləyin