Ordu.az xəbər verir ki, bu barədə “Max Defence Philippines” məlumat yayıb.
Bu gəmilər İndoneziyada “PT PAL Indonesia” gəmiqayırma zavodunda inşa edilir. Ümumi müqavilə qiyməti təxminən 640,917 ABŞ dolları olan satınalma üçün Tender Mükafatı Bildirişi dərc edilib.
Yeni gəmilərin 2026-2027-ci illər arasında təhvil verilməsi və Filippin HDQ-nin amfibiya hücumu, dənizdən təchizat, logistik dəstək, humanitar yardım imkanlarını artırması gözlənilir.
Döyüş mühitində lazım olan güclü atəş dəstəyini təmin etmək üçün istehsal edilən ağır pulemyot SAR 127 MT həm tam avtomatik işləmək, həm də tək-tək atəş açmaq qabiliyyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az