Estoniyada ilk hərbi PUA təlim mərkəzi açılıb

2025/04/1745831599.jpg
Oxunub: 577     20:12     29 Aprel 2025    
Estoniya ölkədə ilk Pilotsuz Uçuş Aparatı (PUA) təlim mərkəzini açıb.

Ordu.az xəbər verir ki, “Koigi” hava limanındakı Nurmsi bölgəsində yaradılan mərkəz Estoniya Müdafiə Birliyinin (Kaitseliit), Estoniya Müdafiə Qüvvələrinin (EDF) və müttəfiq bölmələrinin təliminə dəstək verməyi hədəfləyir.

Estoniya Müdafiə İnvestisiya Mərkəzindən Peeter Karya mərkəzin strateji əhəmiyyətini vurğulayaraq bildirib: “Estoniyanın ilk PUA təlim mərkəzinin açılması bölmələrin təlim imkanlarını genişləndirir və müttəfiqlərlə əməkdaşlığı gücləndirir. Ukraynadakı müharibə təcrübəsi PUA təliminin müdafiə qabiliyyətini artırmaq üçün nə qədər kritik olduğunu göstərdi”.

Müdafiə naziri Hanno Pevkur da PUA-ların və insansız sistemlərin müasir müharibədə əhəmiyyətini vurğulayıb.

“Estoniyanın müdafiə imkanlarını təkmilləşdirmək üçün bizim PUA-lar üzrə təlimlərimizi gücləndirməyimiz vacibdir. Mən şadam ki, Estoniyanın indi öz PUA təlim mərkəzi var”, - deyə o qeyd edib.

Keçmiş “Koigi” hava limanının yerində yaradılan mərkəz texniki inkişaf mərkəzi kimi xidmət edəcək, Ukrayna və onun NATO tərəfdaşlarından öyrənilmiş dərslər əsasında inteqrasiya olunmuş təlimlər təklif edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   PUA  


Bizi "telegram"da izləyin