Ordu.az xəbər verir ki, nazirliyin aprelin 23-də verdiyi açıqlamada yeni silahlanma layihələrinə investisiya qoyuluşunun səbəbləri kimi “dəyişən geosiyasi reallıq” və “ABŞ ilə təhlükəsizlik əlaqələrində inkişaf” göstərilib.
Bəyanatda Avropanın daha çox məsuliyyət daşımalı olduğu, bu vəziyyətin Niderland Silahlı Qüvvələrinin müasir və zəruri avadanlıqlarla təchiz olunmasını zəruri etdiyi vurğulanıb.
Avropanın öz müdafiə sənayesinə üstünlük verilməsi ilə bağlı ritorikaya baxmayaraq, Niderlandın ABŞ ilə əməkdaşlıqdan əl çəkmədiyi qeyd edilib.
Xüsusilə F-35A döyüş təyyarələrinin dəstəklənməsi, 2027-2032-ci illər arasında “AH-64 Apache” hücum helikopterləri və “CH-47 Chinook” ağır nəqliyyat helikopterlərinin modernləşdirilməsi bu əlaqəni gücləndirən elementlər sırasındadır.
Niderland Müdafiə Nazirliyi “Future Littoral All-Terrain Mobility Patrul Vehicles” (FLATM-PV) proqramı çərçivəsində dəniz piyadalarının istifadə etdiyi kəşfiyyat və patrul vasitələrini yeniləməyi hədəfləyir.
Bu məqsədlə açılan və 2024-cü ilin aprelində Avropa İttifaqının Rəsmi Qəzetində dərc edilən tenderdə “Oshkosh”un JLTV modeli üzərində qərar verilib. Tenderin dəyəri təxminən 100 milyon avro olaraq göstərilib.
Sevinc Əliyeva
Ordu.az