Cənubi Koreya genişmiqyaslı amfibiya desant təlimi keçirir

2025/04/1745824486.jpg
Oxunub: 512     21:13     29 Aprel 2025    
Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu cənub-şərq sahillərində genişmiqyaslı amfibiya desant təliminə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin bəyanatına görə, Seuldan 260 kilometr cənub-şərqdə, Pohanq yaxınlığında briqada səviyyəsində keçirilən təlimdə 3200-ə yaxın şəxsi heyət iştirak edir.

Təlim 10 gün müddətində davam edəcək və əməliyyat çərçivəsində çoxlu sayda hərbi varlıq səfərbər olunur.

Təlimdə ölkənin ən böyük gəmisi “ROKS Marado” amfibiya desant gəmisi də daxil olmaqla, ümumilikdə 17 döyüş gəmisi, P-3 dəniz patrul təyyarəsi və KF-16 döyüş təyyarəsi kimi 19 təyyarə iştirak edir.

Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu da təlimi dəstəkləmək üçün 22 amfibiya desant vasitəsinin yerləşdirildiyini açıqlayıb.

Məlumata görə, təlimə döyüş meydanında yaranan çağırışların həlli üçün nəzərdə tutulmuş yeni elementlər daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   HDQ  


Bizi "telegram"da izləyin