Ordu.az xəbər verir ki, Türkiyənin “Albatros-S” ilə inkişaf etdirdiyi dəniz gücü texnologiyalarına uyğun gələn sistem ucuz bir döyüş başlığı daşıyan uzaqdan idarə olunan “reaktiv xizək” kimi qəbul edilir.
Şirkətdən verilən açıqlamada qeyd edilib: “Biz tezliklə səmərəli girişin əngəllənməsi/sahənin məhdudlaşdırılması imkanları üçün nəzərdə tutulmuş sərf edilən bilən bir istiqamətli effektorlarımızı təqdim edəcəyik”.
Platforma haqqında texniki detallar paylaşılmasa da, sistemin kiçik döyüş başlığı daşıya biləcəyi və uzaqdan idarə oluna biləcəyi ifadə edilir.
ASELSAN-ın Türkiyədə istehsal etdiyi “Albatros” kamikadze İDP-si sürü şəklində fəaliyyət göstərə və “Atmaca” Gəmi Əleyhinə Raketi döyüş başlığını daşıya bilir.
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının atış təlimlərində istifadə edilən “Albatros” ailəsi yüksək sürətli asimmetrik təhdidləri təqlid edə bilir.
Sevinc Əliyeva
Ordu.az