Çin kosmik tədqiqatlar üçün beynəlxalq mərkəz yaradacaq

2025/04/1745472110.jpg
Oxunub: 495     09:20     24 Aprel 2025    
Çin hökuməti kosmik sahədə birgə tədqiqatların aparılması məqsədilə beynəlxalq mərkəz yaradacaq.

Ordu.az xəbər verir ki, bu haqda Çinin Kosmik Tədqiqatlar Mərkəzinin rəhbəri Van Çi beynəlxalq ay stansiyasının inkişafı üzrə beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

“Əməkdaşlıq üzrə irimiqyaslı qlobal layihələr üçün Çin, birgə layihələndirmə və sınaq mərkəzi, verilənlərin emalı mərkəzi, əməliyyat və idarəetmə mərkəz, mühəndis və elmi mərkəz, həmçinin əməkdaşlıq və mübadilə üçün digər mərkəzlərin yer alacağı beynəlxalq qərargah inşa etməyi planlaşdırır.”, -deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kosmik-mərkəz  


Bizi "telegram"da izləyin