Avstriyada terror aktı hazırlamaqda şübhəli bilinən məktəbli həbs edilib

2025/04/1745471447.jpg
Oxunub: 3632     05:09     24 Aprel 2025    
Avstriyanın paytaxtı Vyana şəhərində 18 yaşlı məktəblini İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda, diplomatik korpuslara və dini abidələrə hücumlar hazırlamaqda şübhəli bilinərək saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kronen Zeitung” məlumat yayıb.

“Cobra” bölməsinin xüsusi təyinatlıları “Əbu Layət” təxəllüsü ilə internetdə radikal məzmunlu məlumatlar yayan, partlayıcı qurğuların necə hazırlanması ilə bağlı təlimatları öyrənən və ehtimal ki, kamikadze jiletinə sahib olan gənci saxlayıb.

Axtarış zamanı yeniyetmənin üzərindən partlayıcı qurğunun imitasiyası, həmçinin yazışmalar, moizələrin videoyazıları və partlayıcı maddələrin yığılması ilə bağlı təlimatlar aşkar edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Terror  


Bizi "telegram"da izləyin