Ordu.az xəbər verir ki, bu barədə Avropa rəsmisinə istinadən CNN telekanalı məlumat yayıb.
“Hazırda bir çox təfərrüat var. Lakin bir şey dəqiqdir ki, ABŞ 100 gün ərzində sövdələşmənin bağlanmasında israrlıdır”, - məlumatda deyilir.
Mənbə onu da bildirib ki, təklif olunan sövdələşməyə əsasən, Krım Rusiyanın nəzarətində qalacaq. Ancaq Ukrayna prezidenti Volodimir Zelenski üçün bu, olduqca çətindir.
Ordu.az