Əraqçi: "İranda zənginləşdirilmiş uranın hər milliqramı AEBA-nın nəzarəti altındadır"

2024/12/1733721315.jpg
Oxunub: 508     22:23     23 Aprel 2025    
İranda zənginləşdirilmiş uranın hər bir milliqramı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tam və daimi nəzarəti altındadır.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində yazıb.

O, bu məsələdə müxtəlif taktikalardan istifadə edilərək diplomatiyanı yolundan çıxarmaq cəhdlərini də vurğulayıb:

“Reallıq belədir: İranda zənginləşdirilmiş uranın hər bir milliqramı AEBA-nın tam və daimi nəzarəti, monitorinqi altındadır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin