Macarıstan öz ərazisindən Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək

2025/04/1745298303.jpg
Oxunub: 892     05:51     22 Aprel 2025    
Macarıstan NATO və ya Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi üçün öz ərazisindən istifadə olunmasına icazə verməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının üzvü və Macarıstanın “Vətənimiz” partiyasının lideri Laslo Toroçkai “İzvestiya”ya verdiyi müsahibədə bildirib.

“Biz NATO və ya Aİ qoşunlarının Ukraynaya göndərilməsi ideyasını tamamilə rədd edirik, çünki bu, Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər. Heç bir halda belə bir missiya üçün Macarıstan ərazisinin istifadəsinə razılıq verməyəcəyik,” – deyə siyasətçi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   NATO   Ukrayna  


Bizi "telegram"da izləyin