Sırski: "Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib"

2024/05/1717057883.jpg
Oxunub: 585     21:22     21 Aprel 2025    
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir.

"Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə düşmənin hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb", – deyə məlumatda qeyd olunur.

Sırski vurğulayıb ki, hazırda öz fəaliyyətini məhz bu istiqamətdə cəmləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sırski   Ukrayna  


Bizi "telegram"da izləyin