Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Mənbələr açıqlamada bildiriblər:
“Hərbi xidmətin yazılı və yazılmamış qaydaları var. Yazılmamış qaydalarından birincisi odur ki, Yunanıstanda edilənlər edilməməlidir. Türkiyə Silahlı Qüvvələri nizam-intizamı, əxlaqı və mərhəməti ilə fərqlənib. Effektiv, çəkindirici və hörmət edilən xüsusiyyətləri ilə seçilən bir ordudur. Türkiyə Silahlı Qüvvələrindən heç vaxt belə davranış görməyəcəksiniz”.
Qeyd edək ki, reaksiyaya səbəb olan yürüş 25 Mart Yunanıstanın Müstəqillik Günündə keçirilib. Yürüş zamanı yunan hərbi qulluqçular Türkiyəni təhqir edən şüarlar səsləndiriblər.
Sevinc Əliyeva
Ordu.az