Ordu.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında məhdidiyyətlərə etiraz edib.
"Bu gün Avropa İttifaqı Şurası saxtakar bir addımla Hörmüz boğazı ilə əlaqədar bəzi İranlı şəxslərə və qurumlara qarşı qondarma sanksiyaları təsdiqləyib. İttifaqa üzv dövlətlər İran xalqının hüquqlarının əsas pozucularıdır və Aİhəmçinin müharibə aktı hesab olunan ABŞ-nin İrana qarşı dəniz blokadasına qəsdən susub", - o bildirib.
Onun sözlərinə görə, İran Avropa addımına əhəmiyyət vermir və Hörmüz boğazı üzərində suverenliyi qoruyub saxlamaq strategiyasını davam etdirəcək.
Ordu.az