Ordu.az xəbər verir ki, bu barədə “Dassault Aviation” şirkətinin baş direktoru Erik Trappier “Le Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.
Trappier vurğulayıb ki, şirkət vəziyyəti diqqətlə izləyir və öz təyyarələrini F-35 almağı seçməyən ölkələrə verməyə hazırdır.
Portuqaliya “Rafale” qırıcılarının mümkün alışı ilə bağlı Fransaya hələ müraciət etməsə də, Trappier belə bir tələbin yaxın həftələr və ya aylarda ediləcəyini gözlədiklərini bildirib.
“Biz öz təyyarəmizi Portuqaliyaya təklif etmək istəyirik. Portuqaliya Avropa İttifaqının və NATO-nun üzvüdür. O, ittifaq çərçivəsində bizimlə eyni qarşılıqlı fəaliyyət imkanlarına malik olacaq, ona görə də məntiqli görünür”, - deyə o qeyd edib.
Bundan əvvəl, martın 16-da Fransa prezidenti Emmanuel Makron ABŞ-nin müdafiə sektoru məhsullarını Avropa alternativləri ilə əvəz etməyi təklif etmişdi.
İlk 16 təyyarənin pulunu ödəməsinə baxmayaraq, Kanada ABŞ ilə münasibətlərdəki gərginliyə görə F-35-lərin alışını yenidən nəzərdən keçirir.
Sevinc Əliyeva
Ordu.az