Ordu.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı ölkənin baş naziri Şiqeru İşiba deyib.
"Biz müvafiq cavab barədə düşünməliyik. Təbii ki, biz bütün mümkün variantları nəzərdən keçirəcəyik", - o bildirib.
İşiba vurğulayıb ki, Yaponiya ABŞ iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırıb və xeyli sayda iş yerləri yaradıb.
"Yaponiya ABŞ-a ən çox sərmayə qoyan ölkədir. Ona görə də biz düşünürük ki, həqiqətənmi bütün ölkələrə də eyni münasibət göstərilməlidir?", - o əlavə edib.
Qeyd edək ki, avtomobil sənayesi Yaponiya iqtisadiyyatının əsaslarından biri hesab olunur. Ona görə də ölkədə ən çox narahatlığa səbəb bu məhsulların idxal rüsumlarıdır.
Ordu.az