Ordu.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat verib.
Bəyanatda vurğulanıb ki, Qətər hakimiyyəti əvvəllər ABŞ-dən səkkiz MQ-9B PUA, AGM-114R2 Hellfire II raketləri də daxil olmaqla döyüş sursatları, həmçinin idarəetmə və rabitə də daxil olmaqla müxtəlif sistemlər istəyib.
“Təklif olunan satış dost dövlətin müdafiəsini gücləndirməklə ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”, – agentlik bildirib.
ABŞ administrasiyası artıq Konqresi silah və texnikanın mümkün satışını təsdiqləmək barədə qərarını xəbərdar edib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.
Ordu.az