Pentaqon Litvada dörd ABŞ əsgərinin öldüyünü təsdiqləməyib

2025/03/1741930473.jpg
Oxunub: 551     04:33     27 Mart 2025    
Pentaqon hazırda təlimlərdən sonra Litva ordusunun Pabrade poliqonundan qayıdarkən dörd amerikalı hərbçinin həlak olması ilə bağlı məlumatı təsdiqləməyə hazır deyil, onların axtarışları hələ də davam edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının rəsmisi bildirib.

"Biz bu xəbərləri təsdiq edə bilmərik. İtkin düşən əsgərlərin axtarışları davam edir", - o, amerikalı əsgərlərin ölümü ilə bağlı məlumatı şərh edərkən qeyd edib.

Pentaqon M88 zirehli xilasetmə maşınının aşkar edildiyini təsdiqləyib. Əvvəllər xəbər verildiyi kimi, ABŞ hərbçiləri təlimləri çərşənbə axşamı axşam tərk ediblər.

ABŞ ordusunun bəyanatında deyilir ki, zirehli maşın təlim zonasındakı su hövzəsində tapılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Litva  


Bizi "telegram"da izləyin