Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
13,08 milyon dollar dəyərində olan müqaviləyə A-29C təyyarəsi üçün dəstək, həmçinin müvafiq təlim avadanlığı, missiyanın planlaşdırılması və brifinq sistemləri, alternativ missiya avadanlığı, yerüstü dəstək və sınaq avadanlıqları daxildir.
“Defence Blog”un məlumatına görə, Kaliforniyadakı “Edwards” aviabazasında aparılacaq işlərin 2026-cı il fevralın 28-nə qədər tamamlanacağı gözlənilir.
Əvvəlcə yüngül hücum və kəşfiyyat təyyarəsi kimi inkişaf etdirilən “A-29C Super Tucano” eyni zamanda inkişaf edən tələblərə uyğun olaraq terrorla mübarizə əməliyyatları, silahlı kəşfiyyat və pilot təlimlərində də rol oynayıb.
Sevinc Əliyeva
Ordu.az