Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Estoniyanın Baş naziri Kristen Mixal bildirib ki, NATO ölkəsi qonşu Rusiyadan gələn təhlükəni əsas gətirərək, gələn il müdafiə xərclərini ÜDM-in “ən azı” 5 faizinə qədər artıracaq.
Estoniya və Rusiya, Litva və Latviya ilə həmsərhəd olan digər Baltikyanı ölkələr Ukraynaya qarşı müharibədə qalib gələcəyi təqdirdə Moskvanın hədəfinə çevriləcəklərindən qorxurlar.
Estoniya hökumətinin gələn ildən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizinə qədər artırmaq qərarını izah edən Mixal ildirib: “Məqsədimiz aydındır – bizə qarşı hər hansı hücumu qeyri-mümkün etmək”.
Sevinc Əliyeva
Ordu.az