Ukrayna daha çox “Mirage 2000” döyüş təyyarələri almağa hazırlaşır

2025/03/1742543529.jpg
Oxunub: 579     23:49     22 Mart 2025    
Fransa artıq Ukraynanı az sayda “Mirage 2000-5F” ilə təmin etməyi öhdəsinə götürərkən, başqa heç bir ölkə bu təyyarələri təhvil verməyə hazır olduğunu açıq şəkildə bəyan etməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.

“Defense Express”in təhlilinə əsasən, Fransa istisna olmaqla, 7 ölkə hazırda cəmi 240 ədəd “Mirage 2000” döyüş təyyarəsindən istifadə edir.

Bunlar aşağıdakı kimidir :

Misir: 15 “Mirage 2000EM”, 4 “Mirage 2000BM”
Yunanıstan: 5 “Mirage 2000EG”, 24 “Mirage 2000-5/Mk II”
Hindistan: 44 “Mirage 2000H/I”, 11 “Mirage 2000TH/TI”
Peru: 10 “Mirage 2000P”, 2 “Mirage 2000DP”
Qətər: 9 “Mirage 2000-5EDA”, 3 “Mirage 2000-5DDA”
Tayvan administrasiyası: 45 “Mirage 2000-5EI”, 9 “Mirage 2000-5DI”
Birləşmiş Ərəb Əmirlikləri: 44 “Mirage 2000-9/EAD/RAD”, 15 “Mirage 2000-9DAD”


Bununla belə, müxtəlif amillər transfer edilə biləcək “Mirage 2000”lərin sayını məhdudlaşdıra bilər. Məsələn, Hindistan “Kalibr” qanadlı raketlərinin tədarükü də daxil olmaqla, Rusiya ilə sıx müdafiə əlaqələri saxlayır və İsrailin köməyi ilə “Mirage” parkını modernləşdirib.

Sovet və Rusiya texnikasına arxalanan Misir də Moskva ilə münasibətlərini korlamaq istəməyə bilər. Tayvan administrasiyası öz təhlükəsizlik problemləri ilə üzləşir və çətin ki, “Mirage” döyüş təyyarələrindən imtina etsin.

Hərbi ekspertlərin fikrincə, Makronun üçüncü tərəfin “Mirage 2000” tədarükünün mümkünlüyünə dəfələrlə istinad etməsi diplomatik danışıqların davam etdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Mirage-2000  


Bizi "telegram"da izləyin