Ordu.az xəbər verir ki, mövcud AAV-7A1 vasitələrini əvəz edəcək VBA 8x8-in ilk təhvilinin 2025-ci ildə Brindisidə yerləşən “San Marco” Briqadasına edilməsi planlaşdırılır.
İtaliya ordusunun “Lagunari” Alayı “Serenissima” üçün isə ümumilikdə 82 ədəd vasitə alınacaq. Bütün tədarüklərin 2030-cu ilə qədər başa çatdırılması hədəflənir.
Bolzanodakı IDV obyektində istehsal olunan VBA 8x8 İtaliya ordusunun “Centauro II” və “Freccia” zirehli vasitələrini inkişaf etdirən “Iveco-Oto Melara” konsorsiumunun müstəqil layihəsidir.
Bu müstəqillik vasitəni əməliyyat tələblərinə uyğun olaraq fərdiləşdirməyə və potensial ixrac müştərilərinə uyğunlaşdırmağa imkan verir.
Standart versiya üç nəfərlik heyətlə (komandir, tuşlayıcı və sürücü) 10 nəfərə qədər şəxsi heyəti daşımaq qabiliyyətinə malikdir. Əlavə olaraq, 30 mm-lik topla silahlanmış uzaqdan idarə olunan qüllə, komanda-idarə vasitəsi, zirehli xilasetmə vasitəsi və minaatan daşıyıcısı da daxil olmaqla, müxtəlif variantlar planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az