Ordu.az xəbər verir ki, şirkət siqnal kəşfiyyatı, REM və kiber əməliyyatlar üzrə ixtisaslaşmış “North Point Defense, Inc.”i (NPD) satın aldığını açıqlayıb.
GA milli təhlükəsizlik təşəbbüslərini gücləndirmək üçün NPD texnologiyalarını davam edən hərbi proqramlara daxil etməyi planlaşdırır.
Nyu-Yorkda yerləşən “North Point Defense” REM, kibertəhlükəsizlik və kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla, milli təhlükəsizlik tətbiqləri üçün qabaqcıl həllər hazırlayır.
Şirkət ABŞ-nin müdafiə agentlikləri ilə geniş işləyib və onları kritik texnologiyalarla təmin edib.
Sevinc Əliyeva
Ordu.az