Ordu.az xəbər verir ki, RTX-nin törəmə şirkəti “Pratt & Whitney” ABŞ Hərbi Hava Qüvvələrinin “F-22 Raptor” döyüş təyyarələrini gücləndirən F119 mühərriklərinə texniki qulluğu həyata keçirəcək.
Şirkətin açıqlamasına görə, 3 illik müqavilə 900 min uçuş saatından artıq toplanmış 400-dən çox mühərrikdən ibarət parkın döyüş hazırlığını artırmaq və texniki xidmət xərclərini azaltmaq məqsədi daşıyır.
“F-22 Raptor” 2 ədəd F119 mühərriki ilə təchiz edilib. Bu mühərriklər təyyarəyə fövqəladə sürət və çevikliklə 65.000 futdan çox hündürlüyə çatmağa imkan verir.
F-22-nin əsas üstünlüyü onun səsdən yüksək sürəti “afterburner”lər (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir-red.) olmadan saxlamaq qabiliyyətidir.
Sevinc Əliyeva
Ordu.az