ABŞ-də xəstəxanada atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

2025/02/1740287640.jpg
Oxunub: 468     09:11     23 Fevral 2025    
ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxs xəstəxanaya atəş açıb, bir nəfər ölüb, beş nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Cinayətkar şəxs həkimə, tibb bacısına, baxıcıya və üç polisə atəş açıb, onlardan biri ölümcül yaralanıb.

Məlumata görə, o, zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hücumun səbəbi hələlik məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin