Netanyahu: "İsrail HƏMAS-ın girov saxladığı 63 nəfəri geri qaytarmaqda qərarlıdır"

2025/02/1740286415.jpg
Oxunub: 446     23:42     22 Fevral 2025    
İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.

Ordu.az İsrail hökümətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu bildirib.

“İndiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HƏMAS hələ də 63 nəfəri girov saxlayır. İsrail hökuməti bütün vətəndaşlarımızı geri qaytarmaq üçün qətiyyətli addımları davam etdirməyə sadiqdir”, - Baş nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin