Ordu.az-ın məlumatına görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) koordinasiyası ilə həyata keçirilən layihə çərçivəsində çətin hava və dəniz şəraitinə davamlı 2+6 sahil mühafizə gəmisinin tədarük edilməsi nəzərdə tutulub.
Layihənin texniki təfərrüatları bunlardır:
• Ümumi uzunluq: 65+ metr
• Tam en: 12 metr
• Səyahət məsafəsi: 2500 dəniz mili
• Personal tutumu: 46+14
Türkiyə MSK-nin apardığı araşdırmalara uyğun olaraq gəmilərdə istifadə ediləcək dizel mühərrikləri və köməkçi mühərriklər milli imkanlarla hazırlanacaq.
Yerli mühərrik istehsalı sayəsində əməliyyat müstəqilliyi artırılacaq.
2027-ci ildə ilk tədarüklər
Hazırkı planlaşdırmaya görə, ilk gəminin 2027-ci ildə, ikinci gəminin isə 2028-ci ildə inventara qəbul ediləcəyi gözlənilir. Layihə çərçivəsində iki gəminin istehsalı davam edərkən, ümumilikdə 8 gəmiyə qədər genişlənmə hədəflənir.
Sevinc Əliyeva
Ordu.az