Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “kritik vəzifələrdə olmayan” 5400 işçinin ilk partiyası gələn həftə işdən çıxarılacaq.
Bu rəqəm 55,000-ə bərabər olan potensial ixtisarların kiçik bir hissəsi olsa da, son ixtisarlar mülki işçi qüvvəsinin əhəmiyyətli dərəcədə azalması demək ola bilər.
Pentaqonun şəxsi heyət və hazırlıq üzrə müşaviri vəzifəsini icra edən Darin Selnik bildirib: “Prezidentin prioritetlərinə, qüvvələrin hazır olma vəziyyətinə yenidən diqqət yetirmək və səmərəliliyi artırmaq məqsədilə nazirlik mülki işçi qüvvəsinin 5-8% azaldılmasını gözləyir”.
Bu, ümumilikdə 47,500 ilə 76,000 nəfərin işdən çıxarıla biləcəyi anlamına gəlir.
Sevinc Əliyeva
Ordu.az