Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, Kadıoğlu və onu müşayiət edən nümayəndə heyəti 2025-ci il fevralın 18-20-də Kral HHQ komandanı general Ser Riçard Naytonun rəsmi dəvəti ilə Britaniyada səfərdə olub.
Bildirilir ki, səfər zamanı Kral HHQ-nin Baş Qərargahı və “RAF Coningsby” aviabazası ilə əlaqə saxlanılıb.
Xatırladaq ki, daha öncə Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Türkiyə HHQ-nin əməliyyat ehtiyaclarını qarşılamaq üçün 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin alınması prosesinin davam etdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az