Rusiya Təhlükəsizlik Şurası: NATO Rusiya limanlarına hücum etmək üçün donanmasını gücləndirir

2025/02/1740222049.jpg
Oxunub: 408     15:18     22 Fevral 2025    
“NATO öz donanmasının Rusiyanın liman infrastrukturuna hücumlar təşkil etmək potensialını artırmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Qriqori Molçanov deyib.

“NATO-nun ölkəmizdəki liman infrastruktur obyektlərinə qarşı hərbi əməliyyatlar aparmaq üçün Alyansın dəniz qüvvələrinin potensialını artırdığı, nəticədə Rusiyaya qarşı hərbi təhlükə və təhdid mənbələrində artım olduğu qeydə alınıb”, - deyə Molçanov qeyd edib.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini bildirib ki, xüsusi hərbi əməliyyat zamanı onlar hərbi təhlükəsizliyə təhdidlərin artdığını, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə insansız dəniz platformalarından geniş istifadə etdiyini görüblər.

Molçanov vurğulayıb ki, NATO dəniz gəmilərini, neft terminallarını, dəmir yolu keçidlərini və körpüləri məhv ediləcək hədəflər kimi görür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin