Ordu.az xəbər verir ki, HAVELSAN “Baha” PUA-sından sonra Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) liderliyində başlatdığı layihə və müəyyən etdiyi ehtiyaclar istiqamətində kəşfiyyat və müşahidə aparan “Bulut” PUA-sını inkişaf etdirdib.
Bir müddətdir HAVELSAN Robotik Avtonom Sistemlər Mərkəzində inkişaf etdirilən “Bulut” istifadəçi və MSK nümayəndələrindən ibarət Qəbul Komissiyasının sınaq və tələblərini uğurla yerinə yetirərək, Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi tərəfindən inventara qəbul edilib.
“Bulut” daxili yanma mühərriki sayəsində fasiləsiz olaraq 6 saat havada qala, GNSS-dən asılı olmayaraq kəşfiyyat və müşahidə apara biləcək.
Az yağış və qar şəraitində işləmə qabiliyyətinə malik “Bulut” PUA sistemi sensorları və proqram təminatı sayəsində hər növ əməliyyat şəraitində işləyə biləcək.
Sevinc Əliyeva
Ordu.az