Ordu.az “ABC News”a istinadən xəbər verir ki, Çinin üç hərbi gəmisinin Avstraliyanın şərq sahillərində təlimlər keçirməsi səbəbindən Vonqun Avstraliya və Yeni Zelandiya arasında uçuşlar barədə xəbərdarlığından sonra bəzi aviaşirkətlər marşrutlarını dəyişib.
Vonq “ABC News”a verdiyi açıqlamada bildirib ki, təlimlərin keçirildiyi ərazidə gəmilərə və təyyarələrə tövsiyələrin verilməsi normal bir təcrübədir.
Çin döyüş gəmilərinin Sidneydən təxminən 340 dəniz mili cənub-şərqdə beynəlxalq sularda real mərmidən istifadə edilməklə həyata keçirdiyi təlimlə bağlı Avstraliya səlahiyyətlilərinə məlumat verilmədiyi iddia edilib.
Vonq bildirib ki, onlar Çin ilə hesabatlılıq və şəffaflıq məsələlərini, xüsusən də real sursatın tətbiqi ilə dəniz təlimləri barədə məsələləri müzakirə ediblər.
Sevinc Əliyeva
Ordu.az