OTOKAR-la “Indra” əməkdaşlığa başlayır

2025/02/1740221740.jpg
Oxunub: 463     15:55     22 Fevral 2025    
Fevralın 17-də başlayan və 21-də sona çatan IDEX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Türkiyə müdafiə sənayesi sıx iştirak nümayiş etdirib.

Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkətləri sərgidə mühüm müqavilələr imzalayaraq, beynəlxalq əməkdaşlıq şəbəkələrini genişləndiriblər.

Bu çərçivədə “Otokar” İspaniyada yerləşən “Indra” ilə torpaq sistemləri sahəsində müqavilə imzalayıb.

“Indra” tərəfindən verilən açıqlamada müqavilənin İspaniya şirkətinin qabaqcıl müdafiə texnologiyaları və quru sistemləri sahəsindəki biliklərini “Otokar”ın hərbi vasitələr və döyüş platformaları sahəsindəki təcrübəsi ilə birləşdirərək, Quru Sistemləri sahəsində yeni əməkdaşlıq imkanlarının kəşf edilməsi məqsədi daşıdığı bildirilib.

“Indra”nın açıqlamasında “Otokar”ın istehsal, inteqrasiya və logistika dəstəyi, eləcə də döyüş və taktiki nəqliyyat vasitələri sahəsində geniş təcrübəyə malik qlobal hərbi vasitə istehsalçısı olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   Indra  


Bizi "telegram"da izləyin