HƏMAS daha 3 girovu BQXK-ya təhvil verib

2025/02/1740221670.jpg
Oxunub: 407     14:47     22 Fevral 2025    
HƏMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində daha 3 girovu təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, Ömər Şem Tov, Eliya Koen və Ömər Venkertı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Qeyd edək ki, proses Qəzzanın Nuseyrat bölgəsində baş tutub.

Razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

Rəsmi məlumata görə, bu gün azad edilməli olan altıncı girov Hişam əl-Sayed Qəzza şəhərində BQXK-ya təhvil veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   BQXK  


Bizi "telegram"da izləyin