ROKETSAN Strateji İş Ortaqlığı Sammitində tədarükçü ekosistemi ilə bir araya gəlir

2025/02/1740214292.jpg
Oxunub: 441     15:50     22 Fevral 2025    
Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan ROKETSAN tədarükçü ekosistemində yüzlərlə şirkətlə Strateji İş Ortaqlığı Sammitində bir araya gəlir.

Ordu.az xəbər verir ki, “Sabah Üçün Yüksəlirik” mövzusu ilə təşkil edilən sammitdə ROKETSAN-ın tədarükçülərin idarə edilməsinə dair baxışı açıqlanacaq və davamlılıq, milliləşdirmə başlıqları altında gələcək üçün yol xəritəsi müzakirə ediləcək.

ROKETSAN tədarük zəncirinin idarə edilməsi çərçivəsində əhəmiyyətli bir tədbir olan Strateji İş Ortaqlığı Sammitində öz ekosistemindəki şirkətlərlə bir araya gəlir.

İlk dəfə 2023-cü ildə keçirilən ROKETSAN Strateji İş Ortaqlığı Sammitinin ikincisi fevralın 24-də Ankarada Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün iştirakı ilə keçiriləcək.

ROKETSAN-ın tədarük prosesi ekosistemindəki 250-dən çox şirkətin qatılacağı sammitdə ROKETSAN ilə tədarükçü əlaqələri baxımından strateji, taktiki və əməliyyat səviyyələrində uzunmüddətli ortaqlıqlar qurmaq üçün yaradılmış Strateji Tədarükçü İdarəetmə Proqramı çərçivəsində müxtəlif səviyyələrdə iş ortağı olaraq seçilmiş şirkətlərə sertifikatlar təqdim ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROEKTSAN   Türkiyə  


Bizi "telegram"da izləyin