Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostec” tərəfindən hazırlanan “9M134 Bulat” tank əleyhinə raketi uğurla sınaqdan keçirilib.
“Rostec” tərəfindən verilən açıqlamada qeyd edilib: “Bulat” kimi tanınan 9M134 yüngül raketinin sınaqları müsbət nəticə ilə tamamlanıb. Bütün əsas taktiki və texniki şərtlərin yerinə yetirildiyi təsdiqlənib”.
Məlumata görə, “Bulat” raketi dinamik qoruma ilə təchiz edilənlər də daxil olmaqla, orta və yüngül zirehli hədəflərə, zirehsiz vasitələrə qarşı nəzərdə tutulub və ən azı 3,5 kilometr mənzilə malikdir.
Sevinc Əliyeva
Ordu.az