Zərbə PUA-larına İHA-300 havadan buraxılan ballistik raket gəlir

2025/02/1740212400.jpg
Oxunub: 900     20:12     22 Fevral 2025    
ROKETSAN baş direktoru Murat İkinci jurnalistlərə verdiyi açıqlamada TRG-300-ün Pilotsuz Uçuş Aparatlarına (PUA) inteqrasiyasına başlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Əbu-Dabidə artıq başa çatmış IDEX 2025 sərgisində jurnalistlərə açıqlama verən İkinci ROKETSAN-ın İHA-122 və İHA-230 kimi havadan buraxılan ballistik raket layihələrində mühüm irəliləyişlər əldə etdiyini bildirib.

O, İHA-300 üçün işlərə başlanıldığını qeyd edib.

İkinci ROKETSAN tərəfindən hazırlanan İHA-122 və İHA-230 raketlərinin sınaqlarının uğurla tamamlandığını, kütləvi istehsalına başlandığını və ixracına start verildiyini deyib.

ROKETSAN baş direktoru daha böyük sistemlərin inteqrasiyası üzərində də işlərə başladıqlarını vurğulayıb.

“Buradakı faydanı gördükdən sonra TRG-300 kimi daha böyük sistemlərin zərbə PUA-larına və təyyarələrə inteqrasiyası üzərində işimizə başladıq. Burada çox ciddi bir mənzil artımı və çox ciddi döyüş başlığı effektivliyi ilə bizə dönəcəyini qiymətləndiririk”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   PUA   İHA-300  


Bizi "telegram"da izləyin