Avstraliya və Yeni Zelandiya Çinin döyüş gəmilərini izləmək üçün birlikdə fəaliyyət göstərir

2025/02/1740212254.jpg
Oxunub: 541     22:16     22 Fevral 2025    
Avstraliya qitənin şərq sahillərində görünən Çin döyüş gəmilərini izləmək üçün Yeni Zelandiya ilə birlikdə çalışdıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Avstraliya müdafiə naziri Riçard Marles mövzu ilə bağlı verdiyi açıqlamada ölkənin şərq sahillərində döyüş gəmiləri də daxil olmaqla, Çin dəniz qüvvələrinə aid bir missiya qrupunun göründüyünü bildirib.

Avstraliya gəmiləri və təyyarələrinin Çin gəmilərini izləmək üçün Yeni Zelandiya ordusu ilə birlikdə çalışdığına diqqət çəkən Marles Çinin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və Avstraliyanın ərazi sularına daxil olmadığını bildirib.

Marles qeyd edib ki, Çin aktivlərinin olduqları yerdə olmaq hüququ var.

O, missiya qrupunun Avstraliyanın müstəsna iqtisadi zonasının sərhədləri daxilində yerləşdiyini deyib.

“Ancaq Avstraliyanın da ehtiyatlı olmaq hüququ var və biz misisya qrupunun fəaliyyətini çox diqqətlə izləyirik”, - deyə Avstraliya müdafiə naziri əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Yeni-Zelandiya   Çin  


Bizi "telegram"da izləyin