“Repkon”dan 40 mm-lik sursat istehsalı: 2 ölkəyə ixracat

2025/02/Repko-3480410246.jpg
Oxunub: 670     17:48     22 Fevral 2025    
Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan “Repkon” sursat xətlərinin qurulması ilə yanaşı, sursat istehsalı sahəsində də işlərini davam etdirir.

Ordu.az xəbər verir ki, şirkət Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş IDEX 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə 40 mm-lik Qumbaraatan Sursat ailəsini nümayiş etdirib.

Təxminən bir il əvvəl Ankarada “Repkon Ammunition” adlı şirkət quran “Repkon” orta çaplı sursat istehsal etməyi hədəfləyir.


2025-ci ilin sonuna kimi 40 mm-lik sursatların kütləvi istehsalına başlamağı hədəfləyən “Repkon” 40 mmx46 TP sursatı üçün yoxlama sınaqlarını artıq tamamlayıb. Şirkət tezliklə 40mmx53 sursatlarının sınaqlarına başlayacaq.

Biri Avropada, digəri isə Asiyada olan 2 ölkə ilə 40 mm-lik sursat ixracı üçün müqavilə imzalayan “Repkon” ilkin olaraq mexaniki istehsal həyata keçirəcək. Şirkət önümüzdəki dövrdə doldurma və döyüş başlığı fəaliyyətini öz strukturuna daxil etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   IDEX-2025   Repkon  


Bizi "telegram"da izləyin