Türkiyənin ROKETSAN şirkəti hipersəs raketi üzərində işlərini davam etdirir

2025/02/1740204957.jpg
Oxunub: 655     16:14     22 Fevral 2025    
“Hipersəs, əslində, bundan sonra bu sahədə oyun dəyişdirici texnologiyalardan biri olacaq”.

Ordu.az xəbər verir ki, bunu ROKETSAN-ın baş direktoru Murat İkinci jurnalistlərə açıqlamasında “Tayfun” raketi başda olmaqla, şirkətin məhsulları haqqında məlumat verərkən bildirib.

Əbu-Dabidə keçirilmiş IDEX 2025 sərgisində jurnalistlərə açıqlama verən İkinci “Tayfun” ballistik raketinin son sınaq buraxılışına toxunub və raketin dənizdəki hədəfi yüksək dəqiqliklə vurduğunu bildirib.

“Əslində hər zaman vurğuladığımız məqam odur ki, hədəfi dəqiqliklə vurmaq çox dəyərli və çox önəmlidir. Çünki dəqiqliklə vura bilmədiyiniz zaman döyüş başlığının effektivliyini istədiyiniz qədər artıra bilməzsiniz. Bu, həmçinin hədəflərə dəyən zərəri azalda bilər”, - deyə o qeyd edib.

İkinci ROKETSAN-ın tuşlama texnologiyalarında əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

“ROKETSAN-ın tuşlama texnologiyaları həqiqətən də dünyadakı analoqlarından çox fərqli bir nöqtəyə doğru irəliləyir. Biz bir çox sensoru, bir çox məlumat təminatçısını birləşdirərək, koordinatları effektiv şəkildə vura bilən texnologiyalara sərmayə qoyuruq”, - deyə o bildirib.

Şirkətin hipersəs raket texnologiyası üzərində gördüyü işlər haqqında məlumat verən İkinci deyib: “Hipersəs, əslində, bundan sonra bu sahədə oyun dəyişdirici texnologiyalardan biri olacaq. Biz bu raketlərin mühərrik texnologiyalarına, naviqasiya texnologiyalarına və nanomaterial texnologiyalarına çox ciddi sərmayələr qoyuruq ki, onlar 5 “Mach”dan yuxarı sürətlərə çata bilsin”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ROKETSAN   IDEX-2025  


Bizi "telegram"da izləyin