Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin verdiyi açıqlamada bildirilib.
Açıqlamaya görə, kiçik çaplı bombaların və müvafiq avadanlıqların mümkün satışının ümumi dəyəri 84 milyon dollar olacaq.
Məlumata görə, satışa texniki yardım, təlim vəsaitləri, nəşrlər və texniki məlumatlar, digər əlaqəli logistika və proqram təminatı da daxildir.
GBU-39/B Kiçik Çaplı Bombası (SDB) 130 kiloqram çəkidə, təxminən 190 mm çapda və təxminən 1,8 m uzunluqda ABŞ istehsalı yüngül yüksək dəqiqlikli təyyarə bombasıdır. Yüksək hündürlükdən buraxıldığı təqdirdə onun maksimal mənzili 110 km-ə qədərdir.
Sevinc Əliyeva
Ordu.az