Avstraliya “dost” və xarici agentlərin nüvə sualtı qayığı layihəsini hədəfə aldığını açıqlayıb

2025/02/1740201220.jpg
Oxunub: 429     16:12     22 Fevral 2025    
Avstraliya AUKUS müqaviləsi çərçivəsində həyata keçirdiyi nüvə sualtı qayıq proqramı ilə bağlı xarici kəşfiyyat fəaliyyətlərinin artdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, ölkənin daxili kəşfiyyat agentliyi ASIO-nun (Australian Security Intelligence Organisation) direktoru Mayk Bercess Avstraliyanın təkcə rəqib dövlətlər deyil, həm də “dost” ölkələr tərəfindən casusluq cəhdlərinə məruz qaldığını bildirib.

Avstraliya Fransanın “Naval Group” şirkəti ilə həyata keçirdiyi “Attack” sinfinə məxsus sualtı qayıq layihəsini ləğv etdikdən sonra ABŞ və Böyük Britaniya ilə AUKUS müqaviləsi çərçivəsində 8 nüvə hücum sualtı qayığı (SNA) almağa razılaşıb.

Müvafiq olaraq, ABŞ 2032-ci ildən etibarən Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinə (RAN) “Virginia” sinfinə məxsus 3 nüvə sualtı qayığını təhvil verəcək. Daha sonra Britaniyanın hazırlayacağı SSN-AUKUS proqramı çərçivəsində parka 5 yeni sualtı qayıq əlavə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   AUKUS  


Bizi "telegram"da izləyin