Ordu.az “Financial Times”a istinadən xəbər verir ki, Tramp administrasiyasının ABŞ-nin qitədən təhlükəsizlik yardımını geri çəkə biləcəyi ilə bağlı xəbərdarlığından sonra Avropa İttifaqı (Aİ) sərmayə və hərbi xərcləri artırmaq səylərinin bir hissəsi kimi istifadə olunmamış pandemiya xilasetmə fondlarındakı 93 milyard avronu müdafiə sektoruna yönləndirməyi nəzərdən keçirir.
Müzakirələrdən xəbəri olan dörd nəfər bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sağ mərkəzçi Avropa Xalq Partiyasının iclasında maliyyələşdirmə variantını qeyd edib.
Təxminlərə görə, Aİ-nin qarşıdakı 10 il ərzində müdafiə sahəsində təxminən 500 milyard avroluq əlavə maliyyələşdirməyə ehtiyacı olacaq.
Sevinc Əliyeva
Ordu.az