FNSS “Kaplan MT” ilə müdafiə ekosisteminə heyrətamiz güc dəstəyi verir

2025/02/1740116105.jpg
Oxunub: 512     15:51     22 Fevral 2025    
Türkiyənin zirehli quru platforması istehsalçılarından olan FNSS sosial media hesablarında “Kaplan MT” ilə bağlı video paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

FNSS etdiyi paylaşımda qeyd edib:

“FNSS-in “Kaplan MT” orta çəki sinfinə məxsus tankı müasir müharibənin inkişaf edən ehtiyaclarına cavab verən unikal nümunədir. Unikal dizaynı ilə “Kaplan MT” öz sinfində ən aşağı siluetə və ən yüksək güc/çəki nisbətinə malikdir.


Optimal çəki və hərəkətlilik üçün nəzərdə tutulmuş bu platformanın ən müasir güc paketi qabaqcıl elektron idarəetmə sistemləri, Köməkçi Güc Bloku (APU) və güclü asqı sistemi ilə birləşdirilib. Bu xüsusiyyətlər gecə və gündüz əməliyyatları üçün döyüş meydanında kəşfiyyat manevrləri zamanı tanka etibarlılığı və fasiləsiz enerji ötürülməsini təmin etməyə imkan verir.

Bundan əlavə, “Kaplan MT”nin inkişaf etmiş mobilliyi istifadəçi təcrübəsini erqonomik baxımdan artırır və bütün missiya avadanlıqlarının xidmət müddətini uzadır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Kaplan-MT  


Bizi "telegram"da izləyin